Əməkdar artist Babək Niftəliyev xanəndə Pərviz Qasımovu tənqid edib.
OLAY yazır ki, sənətçi “Gün ortası” verilişində Pərvizin idman stilində muğam oxumasına irad bildirib:
“O geyimdə oxuyub, özünə hörmət etməyib. Heç olmasa muğamımıza hörmət etsin. Muğamımızın Xan Şuşinskisi, Yaqub Məmmədovu, Arif Babayevi olub. Alim Qasımovumuz, Mənsum İbrahimovumuz, Xalq artistlərimiz, neçə-neçə sənətkarlarımız var. Baxsın ki, onlar necə geyinir, hansı tərzdə çıxışlar edir”.
 
                     
                                 
                     
                                 
                                 
                                 
                                 
                                