Model Günay Musayeva aktrisa Pərvin Abıyeva ilə bağlı qalmaqallı açıqlama verib.
OLAY yazır ki, “Afaqla 10-lar” verilişində qonaq olan Günay Pərvinin “Türkiyədən təklif gəlmişdi, şərtləri çətin idi” açıqlamasına qarşı bunları söyləyib:
“Çox serialda, filmdə rol aldım, amma elə şərtlər görmədim. Hansə şərtlər? Hər işdə müqavilə olur, modellikdə də razılaşma imzalanır. Lakin o şərtləri ilk dəfədir eşidirəm. Çox inandırıcı deyil. Pərvini sevirəm. Amma hərdən saytlarda oxuyuram, deyirlər, Türkiyədən belə təklif gəldi, qəbul etmədim. İnsanlar niyə bunu demək məcburiyyətində hiss edir özünü? Bilmirəm. Sadəcə hər deyilənə inanmayın”.