Aktrisa Pərvin Abıyeva yaxın dostu, rejissor Kənan Mahmudov barədə açıqlama verib.

OLAY-ın suallarını cavablandıran sənətçi tiktoker Nia Kurbanovanı dostu, rejissor Kənan MM-ə qısqandığını etiraf edib:

“Təzə-təzə bir az qısqanclıq gəlirdi. Dostlarımı da qısqanıram, anamı qısqanıram, sevdiyim insanları çox qısqanıram. O zaman dedim ki, Kənan mənim yerimə özünə yeni rəfiqə tapıb. Sonra gördüm Nia şirindir, dedim ona olar”Pərvin Nianı Kənana qısqanır - Video

 Son zamanlar rejissorla tez-tez görüşə bilmədiklərini deyən Pərvin bunun münasibətlərinə heç bir təsiri olmadığını bildirib:

“Biz Kənanla “Gecə qonağı”nın vaxtında mütəmadi bir araya gəlirdik. Çəkilişlər, qalaya hazırlıqlar, imza günləri filan eyni zamanda bir neçə film işlədik. Amma son 3-4 ildir ki, ancaq belə tədbirdən-tədbirə rastlaşırıq. Bilirsiniz, mən də artıq böyümüşəm. Sənətimdə Kənanın həddindən artıq böyük rolu olub. Onu heç vaxt danmamışam, danmaram da. O vaxtlar Kənan mənə çox lazım olurdu, ehtiyacım olurdu. Çünki bu sahədə məndən daha çox bilikli idi, indi özüm də böyümüşəm, Kənana ehtiyacım yoxdur, zarafat edirəm ”.Pərvin Nianı Kənana qısqanır - Video

Ətrafında çox az insan saxladığını deyən Pərvin ən böyük dəstəyi hazırda ailəsindən gördüyünü etiraf edib:

“Çox sevdiyim insanlar var. Amma artıq hamısını ələkdən keçirmişəm, həddindən artıq azdırlar. Mənim ən böyük dəstəyim, həmrəyim son 1- 2 ildə ailəmdir. Onlardan başqa heç kimi çox yaxınıma buraxmıram”.

Kəmalə Bədəlova

Video/ Foto: Hüseyn Həsənov

Pərvin Nianı Kənana qısqanır - Video