Müğənni Gülay Zeynallı həyat yoldaşı Kamil Zeynallı və qızı Sahilə ilə Avropaya getməməsinin səbəbini açıqlayıb.  

OLAY yazır ki, bu barədə o, “10-da görüşək” proqramında qonaq olarkən deyib.  Sənətçi qeyd edib ki, həmin tarixlərdə onun Bakıda toyları var və bu səbəbdən Avropa turuna gedə bilməyib:

“Əvvəlcədən bu tarixlərə yazılan toylarım var idi.  İnşallah, gələn dəfə gedəcəm. Səhər, günorta, axşam- hər zaman görüntülü danışıram. Qızımın hər şeyi ilə maraqlanıram. Allah hər kəsin balasını qorusun”.