“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva yeni fotolarını paylaşıb.
OLAY yazır ki, iş xanımı paylaşıma bu fikirləri qeyd edib:
“Zövq tək bir ölçüyə sığmır... Hər kəsin seçimi onun dünyasına, baxışına işarədir. Əsl incəlik isə başqalarının zövqlərini qəbul edə bilməkdir.
Bir sözlə, zövqlər fərqlidir, amma hər fərqlilik dəyərlidir”.