Gənc müğənnilər Dahin (Nihad Məlikov) və Dari (Türkan Heydərova) evlənir.

OLAY-ın əldə etdiyi məlumata görə, cütlüyün toyu 28 fevralda şəhər məkanlarının birində baş tutacaq.

Duet ortaqları evlənir

2 ildir duet ortağı olan ifaçıların eşq münasibəti isə 1,5 il öncə başlayıb. Onlar sevgili olduqlarını hər kəsdən gizlədiblər. Hətta yaxın dostları da bu münasibətdən xəbərsiz olub.

Qeyd edək ki, ifaçılar sosial mediada “mash up”ları ilə məşhurlaşıblar. Dari “Yeni ulduz” müsabiqəsinin iştirakçısı olub, Dahinin isə bir çox hit mahnıda musiqiçi kimi imzası var.

Duet ortaqları evlənir Duet ortaqları evlənir Duet ortaqları evlənir Duet ortaqları evlənir Duet ortaqları evlənir