2025-ci ildə incəsənətmizə bir çox ağır itki üz verib.

OLAY yazır ki, istər musiqi, istər kino, istərsə də ədəbi cameadan məşhur simalar dünyasını dəyişib.

Bu ilin yanvarında aktyor Azər Baxşəliyev və aktrisa Çimnaz Sultanova vəfat edib. Xalq artisti Ənvər Həsənov mart ayında həyatla vidalaşıb. Həmçinin Xalq artisti, 78 yaşlı balet Tamilla Şirəliyeva da eyni ayda aramızdan ayrılıb.

Əməkdar artist Cabir İmanov bu ilin sentyabrında qəfil ürəktutmasından vəfat edib. Xalq artistləri Arif Babayev 87 yaşında, Roza Cəlilova isə 94 yaşında dünyasını dəyişib.

Xalq artisti, tarzən Ramiz Quliyev və Xalq artisti Əminə Yusifqızı da 2025-də həyatla vidalaşıb.

Əməkdar artistlər Yadigar Muradov və Rəşad Bəxtiyarov onkoloji xəstəlikdən vəfat edib.

Görkəmli şair Məmməd İsmayıl, yazıçı Vidadi Babanlı, gənc şair Həsən Kür və Xalq yazıçısı Elçin Əfəndiyev də bu il həyata gözlərini yumub.

Əməkdar artist Vahid Əliyev, aktyor Möylə Mirzəliyev və Əməkdar mədəniyyət işçisi, tarzən Fərhad Paşayev da 2025-də dünyasını dəyişib.

Tanınmış qiraətçi, Əməkdar müəllim Nadir Hüseynov da bu ilin dekabrında həyatla vidalaşıb. Əməkdar incəsənət xadimi Zaur Məhərrəmov, Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov, “Nənələr” folklor qrupunun 89 yaşlı üzvü Xanımbacı Quliyeva və Əməkdar artist Akif Mirabov bu il vəfat edib.

Tanınmış bəstəkar Ruslan Əhmədoğlu və Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli də 2025-də vəfat edib.

Qəzəlxan Arif Buzovnalı və meyxanaçı Ağakərim Novruzov da 2025-də aramızdan ayrılıb.