Aktrisa Ülviyyə Xəlilbəyli sosial şəbəkədə paylaşdığı fikirlərlə diqqət çəkib.
OLAY yazır ki, o, son günlər trend olan “Masumiyet muzeyi” serialı barədə paylaşım edərək kino və ssenari mövzusuna toxunaraq belə deyib:
“Bizdə belə film çəkdilər, biz oynamadıq? İnşallah bir gün arzuladığım yerdə olaram. Aktyor plastilin kimidir. Onunla işləmək rejissorun işidir. Gözəl ssenariləri də görmək qismət olar inşallah — həqiqətdən, məntiqdən uzaq olmayan, oxuyanda ürəyimizi bulandırmayan, xəcalət çəkə-çəkə oynamadığımız ssenarilər”.