2025-ə gün saydığımız vaxtlarda 2024-də baş verənlərə baxırıq. Görürük ki, bir çox hadisə və olaylarla yadda qalan ildə ən çox diqqət çəkənlər sırasında məşhurların ayrılıqları olub. 

Elə isə OLAY-da boşananlara, ayrılanlara, ayrılıb ayrı qala bilməyənlərə nəzər salaq...

Söhbət 2024-dən getməyinə baxmayaraq, 1 il əvvəlki ayrılıqlardan söz açmasaq, olmaz. Belə ki, ilin son aylarında, noyabrda müğənni Elvin Mirzəzadə boşandığını açıqladı. 

Eşqimiz elə bu qədərmiş... - Bu il boşananlarOndan qısa müddət sonra, dekabrda OLAY müğənni Nahidə Babaşlının türk həyat yoldaşı Serkan Küçükceylandan boşandığı ilə bağlı xəbər yaydı.

Eşqimiz elə bu qədərmiş... - Bu il boşananlar2024-ün fevralı hər birimizi təəccübləndirən boşanma xəbəri yayıldı. Məlum oldu ki, illərdir nümunəvi cütlük olan müğənni Elçin CəfərovAydan Rüstəmxanlı boşanıb. Hətta cütlüyün rəsmi ayrılığı 14 Fevral Sevgililər Günündə olduğu iddia edildi. Aylar sonra Elçin boşandıqlarını etiraf etdi. Lakin cütlük sevgi bağlarını qopara bilmədilər....

Eşqimiz elə bu qədərmiş... - Bu il boşananlarApreldə “Selena”dan tanıdığımız Ümit Erdim iki uşağının anası Seda Çınardan boşandı. 

Eşqimiz elə bu qədərmiş... - Bu il boşananlarMay ayında “İmtahan” serialı ilə populyarlaşan Üzel Kərimova türk həyat yoldaşı Muhammed Talhadan boşandı. Bununla bağlı xəbəri də OLAY təqdim etdi.

Eşqimiz elə bu qədərmiş... - Bu il boşananlarİyunda “Güldür Güldür”ün ulduzu Onur Atilla 10 illik xanımı Sinem Ayyıldızdan qalmaqallı şəkildə ayrıldı. 

Eşqimiz elə bu qədərmiş... - Bu il boşananlarOndan qısa müddət sonra, yenə iyunda Xalq artisti Yusif Eyvazovun Rusiyanın Xalq artisti Anna Netrebkodan boşandığı məlum oldu.

Eşqimiz elə bu qədərmiş... - Bu il boşananlarDünyaca məşhur reper Kardi Bi də ona tez-tez xəyanət edən həyat yoldaşı Offsetdən ayrıldığını açıqladı. Lakin Kardi qısa zaman sonra Offsetlə 3-cü uşaqlarını dünyaya gətirdi. 

Eşqimiz elə bu qədərmiş... - Bu il boşananlarİllər sonra yenidən münasibətə başlayıb, ailə quran Cennifer LopezBen Aflek də evliliklərini davam etdirə bilmədi. Onlar da boşananlar sırasına daxil oldu.

Eşqimiz elə bu qədərmiş... - Bu il boşananlarRus estradasının ulduzu Nyuşa da əri İqor Sivovdan ayrıldı.

Eşqimiz elə bu qədərmiş... - Bu il boşananlarRusiyalı ulduz Alsu yəhudi milyarder Yan Abramovdan qalmaqallı şəkildə boşandı. İş adamı sənətçiyə xəyanət etdiyi üçün evlilikləri bitdi. 

Eşqimiz elə bu qədərmiş... - Bu il boşananlarBu ilin ən çox danışılan boşanma xəbərləri sırasında sözsüz ki, onların adı var. İllərdir dəfələrlə boşandıqları iddia olundu, evliliklərindəki problemləri həll etmək üçün çabaladılar. Lakin sonra rəsmi şəkildə ayrılıq qərarı aldılar. Söhbət keçmiş aktyor cütlük Ülviyyə Xalinbəyova Murad İsmayıldan gedir. İki övladı olan cütlk də bu il boşanaraq illərdir davam edən problemləri, söz-söhbətləri bitirdi. 

Eşqimiz elə bu qədərmiş... - Bu il boşananlarİnfluenser Həmidə Səlimova (Hemistyle) həyat yoldaşı İsmayıl Hacıyevdən ayrıldı. Cütlük açıqlama yayaraq dost kimi münasibətlərini bitirdiklərini söylədi. Buna baxmayaraq Amerikada olan İsmayıl boşanma açıqlamasından öncə Həmidənin ad gününə gül buketi göndərərək dost qalacaqlarının mesajını vermişdi. 

Eşqimiz elə bu qədərmiş... - Bu il boşananlar

Yeni ana olan model Razi Əliyeva həyat yoldaşı Nicat Əliyevdən ayrılmaq istəyir. Cütlüyün məhkəmə prosesi davam etsə də, Nicat xanımından boşanmaq istəmədiyini deyir...

Eşqimiz elə bu qədərmiş... - Bu il boşananlarBununla yanaşı, influenser Nərmin Vəliyeva (Nariisha__) və videoqraf Mamed İsmayılov isə evliliklərinin bir ili tamam olmadan boşandılar.

Eşqimiz elə bu qədərmiş... - Bu il boşananlarHollivud aktyoru Çenninq TeytumCenna Devan da bu il boşanıb. 

Eşqimiz elə bu qədərmiş... - Bu il boşananlarFərqli cütlüklərdən olan, zaman-zaman tərzləri ilə mediada danışılan Kanye UestBiankanın da boşanma xəbəri yayıldı. 

Eşqimiz elə bu qədərmiş... - Bu il boşananlarDünyaca məşhur müğənni Britni Spirs də gənc həyat yoldaşı Sem Asqaridən ayrıldı.

Eşqimiz elə bu qədərmiş... - Bu il boşananlarSon olaraq Türkiyə gündəmində olan ayrılıq isə “Galatasaray”ın ulduzu Mauro İkardi ilə Vanda Naranın boşanmasıdır. Cütlük qalmaqallı şəkildə boşanma prosesini davam etdirirlər.

Eşqimiz elə bu qədərmiş... - Bu il boşananlar