Qremmi mükafatlı Puerto-Rikolu superulduz Bəd Banni 2026-cı il Super Bowl yarımfinal şousunda yadda qalan, güclü mesajlarla zəngin performans sərgiləyib.
OLAY yazır ki, sənətçi çıxışı ilə həm keçmişə eyham vurub, həm də gələcək yaradıcılığına işarələr verib.
Puerto-Riko mədəniyyətinə həsr olunan şouda reggaeton, salsa və yerli musiqi elementləri ön plana çıxıb. Bəd Banni səhnədə Puerto-Riko bayrağını nümayiş etdirib, adanın sosial problemlərinə — elektrik kəsintiləri, miqrasiya və kimlik məsələlərinə diqqət çəkib.
Gecədə Ledi Qaqa və Riki Martin sürpriz qonaq kimi səhnəyə çıxıb. Şou “Together, we are America” (“Birlikdə biz Amerikayıq”) mesajı ilə yekunlaşıb.
Qeyd edək ki, Bəd Banninin “Debí Tirar Más Fotos” albomu bu il İlin Albomu nominasiyasında Qremmi qazanaraq, əsasən ispan dilində olan ilk qalib albom kimi tarixə düşüb.