Əməkdar artist Kubra Əliyeva "Elgizlə izlə" verilişində maraqlı açıqlam edib.

OLAY yazır ki, aktrisa Azərbaycan toylarındakı bahalı tortları ərəb şeyxlərinin övladlarının ad günlərində hazırlatdığı tortlarla müqayisə edib. 

O bildirib ki, bu adət məhz ərəb şeyxlərinin məclislərindən götürülüb. 

Əməkdar artist daha sonra Azərbaycanda yoxsul insanların olmadığını vurğulayıb: "Kasıb ola bilər, o da öz günahındandır. Ola bilsin oxumur, işləmir. Kasıbdır və deyir elə mənə dövlət baxsın. Elə şey yoxdur. Yolda yerimək olmur. Maşın bol, restoranlar dolu".