Xalq artisti Aygün Kazımova ölkənin ən böyük musiqi festivalı olan Dream Festə dəvət alıb. 

OLAY yazır ki, pop ulduz musiqili tədbirin açılış mərasimində səhnəyə çıxacaq. 

Festivalın açılış mərasimi iyulun 23-də planlaşdırılıb. 

Kazımova gecədə maraqlı şou göstərəcək və hit mahnılarını səsləndirəcək.

Qeyd edək ki, “Dream Fest” Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə iyulun 23-dən 26-na kimi keçiriləcək.