Azərbaycan və Ermənistandan başqa Avroviziya – 2022 mahnı müsabiqəsində iştirak edən ölkələr təmsilçilərini təqdim ediblər.

OLAY yazır ki, erməni müğənni Rosa Linnin mahnısının 19 martda yayılması gözlənilir.

Həmyerlimiz Nadir Rüstəmlinin ifa edəcəyi bəstənin premyerası barədə KİV-ə məlumat verilməyib.

Lakin, iddiaya görə, mahnı “Closer to you” adlanır və yaxın zamanlarda klipin tizeri yarışmanın rəsmi yutub kanalında göstəriləcək.

Tizerdən sonra mahnı və klipin təqdimat tarixi bəlli olacaq.

Avroviziya mahnımız nə vaxt təqdim olunacaq? Avroviziya mahnımız nə vaxt təqdim olunacaq?