Əməkdar artist Dilarə Əliyevanın sürprizi Xalq artisti Afaq Bəşirqızını kövrəldib.

OLAY yazır ki, “Söhbət var” verilişində qonaq olan aktrisaya atası mərhum Xalq artisti Bəşir Səfəroğlunun süni intellektlə hazırlanmış videosu təqdim olunub. Bu sürpriz aktrisanın keçmiş ad gününü təbrik etmək məqsədi ilə edilib.

Videoda mərhumun dilindən bu sözlər deyilir:

“Afaq, qızım, səni təbrik edirəm. Sən mən olduğum pillədən də yüksəkdəsən. Xalqın səni sevir, dövlətin səni sevir. Şərəfin də var,şöhrətin də var. Bilirəm hərdən fikirləşirsən ki, kaş sənin uğurlarını mən də görəydim. Mən hər şeyi görürəm,Afaq. Burada mənə hansı Bəşir deyəndə, “Afaqın atası Bəşir” deyirlər. Mənə bundan böyük fəxr yoxdur. 80 yaşın olanda səni yenə görüntülü təbrik edəcəm. Sənin hələ orada işlərin çoxdur. Öpürəm gözlərindən”.

Videonu izləyib kövrələn Bəşirqızı Dilarə Əliyevaya təşəkkür edərək bildirib ki, bu onun indiyə qədər aldığı və indidən sonra alacağı ən gözəl hədiyyədir.