Meyxanaçı Namiq Qaraçuxurlu həbs olunan Rəşad Dağlı barədə açıqlama verib.
OLAY yazır ki, sənətçi bu barədə “Səhərin səsi” proqramında qonaq olarkən danışıb.
Qaraçuxurlu bildirib ki, Dağlının qətlə yetirdiyi İskəndər Mehtiyev meyxanaçı Ələkbər Yasamallının bibisi oğludur: “Ucundan, qulağından eşitmişəm. Sözümə hörmət edirəm. Dəqiq bilmədiyim şey haqqında danışmaq istəmirəm. Bu hadisə məni də sarsıtdı. Biz onunla 15 gündən bir danışırdıq. Görüşmək istəyirdik, qismət olmadı.
Həmin şəxsi Ələkbərin (Ələkbər Yasamallı- red) bibisi oğlu kimi bilirəm. Mənə elə gəlir ki, Rəşad hər zaman yaşayacaq. Bəzi şeylərə pozitiv yanaşmaq lazımdır. Ümid edirəm ki, Rəşadın günahsız olduğu üzə çıxar. Tezliklə azadlığa qovuşar. Onun görəcəyi işləri qarşıdadır. Allah qapısını açsın”.