Müğənni Aysel Əlizadənin evlənib boşandığı iddia olunub.
OLAY yazır ki, bu barədə ifaçı Sevinc Ağaşirinova “Səhər mərkəzi” proqramında danışıb.
O bildirib ki, Aysel Əlizadə gizli şəkildə Türkiyədə ailə qurub, daha sonra isə izdivacı uğursuz alındığı üçün boşanıb:
“Türkiyədə yaşayırdı. Eşitmişdim ki, orada ərə gedib. Sonra dedilər, boşanıb. Özündən eşitməmişdim, evləndiyini dedilər, söylədim ki, Allah xoşbəxt etsin. Haradasa 1 ildir məlumatım yoxdur”.
Qeyd edək ki, bir müddət əvvəl A. Əlizadə sosial media hesabını bağlayıb, gözlərdən itmişdi. Gizli evliliyin də bu dövrə təsadüf etdiyi güman olunur.