Lənkəran Dünyanın Mətbəx Mədəniyyəti Paytaxtı seçilib.
OLAY yazır ki, bu barədə Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov məlumat yayıb. O bildirib ki, Lənkəran 4 il bu titulu daşıyacaq:
“Məlumat artıq UNESKO-nun saytındadır. Zəhməti keçən hər bir kəsi, Heydər Əliyev Fondunu, Azərbaycanın Birinci-Vitse Prezidentini, Milli Məclisin Mədəniyyət Komitəsini, Mədəniyyət Nazirliyini, Lənkəran İcra Hakimiyyətini, bu işdə əməyi olan bütün kulinarlarımızı ürəkdən təbrik edirəm! Yenə qazandıq! UNESKO-ya və BMT-yə Azərbaycan Milli Kulinariya Assosiyasından müraciət edilmişdi. Uzun illərdi ki, səs-küysüz brendlər yaradır, bu yolu gedirdik. Lənkəranda keçirdiyimiz tədbirlər də bu yola xidmət edirdi.
UNESKO-ya və BMT-yə ikinci məktub müraciəti göndərməyi bizə müxalif, lakin naxələf olmayan Azərbaycan Aşpazlar Gildiyasına imzalatdıq, bu gənc təşkilatı da beynəlxalq proseslərə qoşduq. 8 Noyabr böyük Gündür. Bu günə bir daha alqış”.