Olay
Olay

“Ərim həmişə yanımda olsun”

“Ərim həmişə yanımda olsun”

Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə həyat  yoldaşı ilə bağlı paylaşım edib.

OLAY yazır ki, Suada Kristoferlə avtomobildə opera dinədiyi anları instaqramda paylaşaraq bu sözləri qeyd edib:

“Bir neçə gün əvvəl anamın dostlarından biri ilə söhbət edirdim. O, xoşbəxtlik üçün nəyə ehtiyacım olduğunu soruşdu. Bu axşam videodan dərhal ağlıma gəldi və ona cavab verdim: “Mənə lazım olan tək şey gözəl musiqi, gün batımı gəzintiləri və yerləri, təbiəti kəşf etmək, ən əsası hər zaman ərim yanımda olsun”. Və cavabımın nə vaxtsa dəyişəcəyini düşünmürəm.

Ruhlarımız bu gözəl kainatımızda yenidən bir-birini tapdı və heç nə onu dəyişdirə, ya da yolumuza mane ola bilməz. O qədər xoşbəxtəm ki, Belçikanın Knokke şəhərindən sərhədləri keçdikdən sonra Hollandiyada özümüz üçün yeni bir yer kəşf edəndə Kristoferə axşam yazmağa qərar verdim. Bu həyatda çox şeyə ehtiyacımız yoxdur. Sadə insanlar, bir yerdə həyəcanlanmağımız, sadəcə musiqi dinləmək, mənzərələrdən zövq almaq və bir az söhbət etmək”.

Xatırladaq ki, cütlük ötən ilin iyununda nikah bağlayıb.