Türk müğənnisi Sonər Sarıkabadayının Bakı konsertinin tarixi dəyişdirilib.
OLAY yazır ki, bu barədə “iticket.az” platforması sosial şəbəkə hesabında məlumat paylaşıb.
Sənətçinin sentyabrın 24-də baş tutacağı gözlənilən konsertinin dekabrın 17-sinə keçirildiyi bildirilib.
Xatırladaq ki, S.Sarıkabadayı ilə yanaşı bir çox türk məşhurlarının konserti Ermənistan təxribatı nəticəsində şəhid düşən hərbçilərimizlə bağlı təxirə salınıb.