İngilis markaları və futbol klubları II Elizabetin ölümü ilə bağlı loqolarını qaraldıblar.
OLAY yazır ki, bu barədə “Trilogy news” nəşri məlumat paylaşıb.
Xatırladaq ki, kraliça ll Elizabet bu gün 96 yaşında vəfat edib. Böyük Britaniyanın yeni kralı isə böyük oğlu Çarlz olub. 73 yaşlı Çarlz indiyədək Britaniya taxt-tacına keçən ən yaşlı varisdir.
Onu da bildirək ki, kraliçanın ölümü ilə bağlı Britaniyada 10 gün matəm elan olunub.