Olay
Olay

Hadise səhnədə niyə ağladı?

Hadise səhnədə niyə ağladı?

Türk pop ulduz Hadise İzmir konserti zamanı kövrək anlar yaşayıb.

OLAY yazır ki, sənətçi “Küçük bir yol” mahnısını ifa edən vaxt ağlamağa başlayıb.

Həmin anları sosial şəbəkə hesabında paylaşan Hadise sözügedən mahnının onun üçün çox özəl olduğunu vurğulayıb:

“Düz iki il əvvəl bu gün həyatımın mahnısı adlandırdığım “Küçük bir yol”u təqdim etdim. Bizi belə güclü və mənalı mahnı ilə bir araya gətirdikləri üçün mahnının sözlərini yazan Devrim və Meteyə təşəkkür edirəm”.