Müğənni Təranə Qumralın rəqqasəliklə məşğul olan qardaşı qızı Cankanın ötən gün toyu baş tutub.
OLAY yazır ki, o, Kamran adlı bəylə ailə qurub. Canka zala çiynində Azərbaycan bayrağı ilə daxil olub. Məclis zamanı Azərbaycan Himni səsləndirilib. Bunun səbəbi isə rəqqasənin atasının şəhid statusunu daşımasıdır. Gecədən görüntülər sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, Firdovsi Məmmədov I Qarabağ müharibəsi zamanı 1991-ci il dekabrın 11-də Xankəndi ətrafında gedən döyüşlərdə başından yaralanaraq şəhid olub. Firdovsi Məmmədov Milli Ordunun ilk şəhididir.