Olay
Olay

Gülay fərqli obrazda!

Gülay fərqli obrazda!

Müğənni Gülay Zeynallı uzun fasilədən sonra yeni layihəsini təqdim edib.

OLAY yazır ki, sənətçinin yeni mahnısı “Məmnunam” adlanır. 

Sözügedən bəstənin sözləri Orxan Mürvətliyə, musiqisi və aranjımanı Tərlan Məmmədhüseynova məxsusdur. 

Zeynallı bəstəni ekranlaşdırmaq üçün rejissor Əli Fərhada müraciət edib. 

Layihənin prodüseri Tural Nəbiyevdir. Klipdə yer alan rəqqaslar “Nero Dance” Center”in əməkdaşlarıdır. Dörd fərqli obrazda kamera qarşısına keçən Gülayın stili üzərində Elnur Həsənov çalışıb.

Mahnı sənətçiyə məxsua bütün musiqi platformalarında yerləşdirilib.