Ötən gün Əməkdar artist Lalə Məmmədovanın imicini dəyişməsi sosial mediada müzakirə olunmuşdu.
OLAY yazır ki, xeyli müddət sonra uzun saçlarla izləyici qarşısına çıxan sənətçinin yeni imicinin ömrü cəmi bir gün çəkib. L.Məmmədova səhəri gün saçlarını yenidən kəsdirib.
Buna isə müğənninin “Bir məktub yaz” adlı yeni klipindəki obrazı səbəb olub. Onun yeni fotolarını klip çəkilişindən stilist Elnur Həsənov paylaşıb.
Qeyd edək ki, L.Məmmədova son illər imicindəki dəyişiklikləri ilə sosial mediadanın və medianın diqqətindədir.