Dünyaca məşhur model Emili Ratajkovski ilə əri Sebastian MakKlardın boşandığı iddia edilir.
OLAY yazır ki, şayiələr ötən cümə axşamı model əlində nikah üzüyü olmadan gəzərkən görüntülənəndən sonra yayılıb.
Ailəyə yaxın mənbə isə “Page Six”ə bildirib ki, onlar həqiqətən boşanır. Buna səbəb isə Sebastianın xəyanətidir.
Qeyd edək ki, Emili və 41 yaşlı prodüser 2018-ci ildə evləniblər və onların Silvester adlı oğulları var.