Əməkdar artist Xəyyam Nisanovun “Özəl” proqramında verdiyi açıqlama müzakirə yaradıb.
OLAY yazır ki, ifaçının mərhum sənətçi Reyhan Müslümova ilə bağlı fikirləri sosial mediada təhrif olunub.
Belə ki, müğənni R.Müslümovanın musiqiçi kimi ona inandığını bildirsə də, səhifələrdə bunun əksi yer alıb. Aparıcı Kazım Sübhan isə paylaşım edərək yayılan informasiyanın düzgün olmadığını deyib.
Qeyd edək ki, X.Nisanovun proqramda bunları söyləyib:
“Rəhmətlik Reyhan Müslümovanın yanına gəldik. Yoldaşı da musiqiçi, pianoçu idi, dinlədi, dedi ki, bundan musiqiçi çıxmaz. Bu uşağın musiqidən xəbəri yoxdur. Reyhan Müslümova nədənsə mənə inandı, yoldaşını məcbur etdi ki, biz bu uşaqla məşğul olmalıyıq. Yoldaşı yenə də inanmadı, dedi ki, bu işi öhdəmə götürə bilmərəm. Amma o, inandı, öhdəsinə götürdü. Həqiqətən də öz yoldaşına sübut etdi ki, bu uşaq musiqiçi olacaq. Mənə etibar etmişdi, böyük məsuliyyət idi. Çalışırdım, əziyyət çəkirdim”.