Türkiyənin pop ulduzu Hande Yener azərbaycanlı stilistlə əməkdaşlığa başlayıb.
OLAY-ın əldə etdiyi məlumata görə, estrada ifaçısı Bakı konsertindən sonra yerli imicmeyker Niko Labla işbirliyinə start verib. Hətta, Handenin bir neçə gün əvvəl baş tutan İstanbul konsertindəki obrazını stilist hazırlayıb.
Yener obrazının fotolarını instaqram hesabında paylaşaraq həmyerlimizlə işə başladığını elan edib.