İyunun 23-də infarkt nəticəsində 48 yaşında dünyasını dəyişən müğənni Yuri Şatunovun son görüntüləri yayılıb.
OLAY yazır ki, kadrlardan dostları onu Rastunovo kəndindəki xəstəxanaya apardıqları, orada təxminən 10 dəqiqə qaldıqları əks olunub.
Daha sonra müğənni təcili yardıma aparılaraq Domodedovo xəstəxanasına göndərilir. Lakin o, yolda həyatını itirir.