Olay
Olay

Zerrin Özer karyerasını sonlandırdı

Zerrin Özer karyerasını sonlandırdı

Türkiyənin məşhur müğənnisi Zerrin Özer sənət fəaliyyətini dayandırıb.

OLAY yazır ki, bu barədə o, özü açıqlama yayıb.

“Bir neçə gün öncə karyeramı sonlandırdım. Bu qərarı “Poll Production”a bildirməyimə baxmayaraq “biletic.com”da biletlərimin satıldığını eşidirəm. Bilet almayın, çünki mən konsertdə olmayacam. Ona görə nə yazılırsa yazılsın, reallıq budur”, - deyə Özer bildirib.

Qeyd edək ki, Zerrin Özer türk estradasında xüsusi yerə malikdir. Sənətçinin “Son mektub”, “Mutluluklar dilerim”, “Paşa gönlüm” kimi bir-birindən məşhur ifaları var.