Dünyaca məşhur sənətçi Britni Spirs ötən günlərdə nişanlısı Sem Asqari ilə evləndi.
OLAY yazır ki, ifaçı gəlinliyini “Versace”dən seçmişdi. Məlum olub ki, libası tikməyə 700 saat vaxt sərf olunub.
40 yaşlı müğənniyə özəl olaraq tikilən gəlinlik uzun V yaxalığı və sinə dekoltesi ilə diqqət çəkib. Mirvarilərlə bəzədilən libas tül əlcək və fatayla tamamlanıb.
Spirsin çiyniaçıq gəlinliyinin uzunluğu 3 metr, geyimin vücuda oturan ön hissəsi qat-qat, ətək hissəsi isə yarıqlı olub.
Britninin brilyant sırğa, bilərzik və kolyesinin 62 karat olduğu söylənilib.
28 yaşlı Sem də qara, atlaz keçidli kostyumunu “Versace”dan seçib.
Bu barədə Donatella Versace da sosial media hesabında paylaşım edib:
“Britni və Semin evləndiyini görmək ən xoşbəxt gündür. İkisini də bu özəl günlərində “Versace”də görmək məni qürurlandırır. Britninin gəlinliyini ərsəyə gətirmək bir xəyal idi. Libası zərif ipəkdən tikilib. Hər detalla xüsusi sevgi verilib. Birlikdə möhtəşəm görünürlər”.
Toydan sonra təşkil edilən partidə isə sənətçi yenə də “Versace”dən qırmızı və qara olmaq üzrə iki ayrı mini libas geyinib.