Xalq artisti Canəli Əkbərovun dəfn mərasimində tələbələri Babək Niftəliyev və Sahib İbrahimov iştirak ediblər. Onlar kədərlərini dilə gətirərək bu vəfat xəbəri ilə sarsıldıqlarını söyləyiblər.
OLAY yazır ki, S.İbrahimov Canəli Əkbərovun Azərbaycan incəsənətindəki yerindən danışıb:
"Müasir Azərbaycan muğam sənətinin sütunlarından biri idi. Mənə səkkiz il dərs dedi. Hər zaman Azərbaycan muğamında, sənətində adını qızıl hərflərlə yazdırmış sənətkar olub".
Samirə Ərəblinski