Xalq artisti Tünzalə Ağayeva bu gün 45 yaşını qeyd edir.
OLAY yazır ki, sənətçi bu barədə İnstaqramda paylaşım edib. İfaçı fotosunun şərh bölümünə özünə arzularını yazıb:
“Özümə 45 yaşımın gözəlliyini, keyfini çıxarmağımı, dolu yaşamağımı diləyirəm. Bu il iki yubileyimi qeyd edirəm: səhnəmin 20 ilini və 45 yaşımı.
Həyat və sənət yolum olduqca parlaq, rəngarəng və bəhrəlidir. Bunlar Allahın lütfü və mərhəmətidir. Yaşadığım və rast gəldiyim bütün hadisə və imtahanlara minnətdaram. Həyatıma girən pis, neqativ adlandırdığım insan və hadisələrə ayrıca “sağ ol”um var – çünki sonunda dərslərimdən 5 almışam. Ailəmə və sevənlərimə minnətdaram, sevməyənlər də sağ olsunlar – motivasiyamın artmasına səbəb olduqları üçün...”.
Qeyd edək ki, Tünzalə Ağayeva 1976-cı ilin oktyabrın 21-də Tovuz şəhərində anadan olub. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirib və daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumu fortepiano sinfində davam etdirib. O, həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri alıb.
Prezidenti İlham Əliyev tərəfindən 2006-cı ildə “Əməkdar artist”, 2019-cu ildə isə “Xalq artisti” fəxri adına layiq görülüb.