Müğənni Nadir Qafarzadə həmkarı Natavan Həbibinin ad çəkmədən onun ünvanına yazdığı sözlərə cavab vermək istəməyib.
Bununla bağlı sənətçi OLAY-a danışıb.
Nadir deyib ki, onun sözlərini səhv anlayırlar:
“Mən açıqlama vermək istəmirəm. Ümumiyyətlə bu müsahibə məsələlərini bitirirəm. Bu yaşda qalmaqala düşmək istəmirəm. Çünki bir söz deyirəm, başqa cür anlayırlar. Gənclikdə nə səhvlərimiz olubsa, olub. İndi yaş o yaş deyil”.
Qeyd edək ki, Natavan N. Qafarzadə onu “7 özəl” proramında tənqid edib, dostlarını saymadığını, unutduğunu dedikdən sonra status paylaşıb. O ad çəkmədən “Mənə əziz olmayan şou əhli, gedin, heç kimə lazım olmayan işinizlə məşğul olun! “Qudurmayın”. Dostluq etmək, məclisə qatılmaq istəmədiklərim, özünüzə hörmət edin. Kamera qarşısında şirə dönməyin, hamınızı tanıyırıq. Mənim efirlərə çıxmağımın səbəbi elə siz olacaqsız. Sizi tanımayanlara sizi tanıdacam. Maskalarınızı çıxarın!”, sözlərini qeyd edib.