Müğənni Nadir Qafarzadə Rusiyada dələduzluğa məruz qalıb.
OLAY yazır ki, sənətçi Azərbaycana qayıtmaq üçün təyyarəyə bilet aldığını bildirib. Lakin əldə etdiyi bilet etibarsız çıxıb:
“Hazırda hava limanındayam. Bakıya uçacağam. Çox çətinliklə gəlirəm, neçə dəfə reys dəyişdim. Üstəlik məni aldatdılar. Özü də ruslar yox, özümüzünkülər aldatdı. Deməli, söhbət bunlar bilet satışı ilə məşğul olan bəzi dələduzlardan gedir. Guya ki, bilet alınıb, əslində isə vatsapda sənə göndərilən bilet heç qeydiyyatdan keçməyib. Pulu alıb aradan çıxırlar. Ehtiyatlı olun. Hər adama etibar etməyin. Aldığınız biletin doğruluğunu yoxlayın”.