Olay
Olay

Zamiqin xeyir işi Fatiməyə mane oldu

Zamiqin xeyir işi Fatiməyə mane oldu

Rəqqasə Fatimə Fətəliyeva aprelin 3-ü 44 yaşına qədəm qoyacaq.

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi elə həmin tarixdə ad günü etmək istəsə də, onun bu arzusu baş tutmayıb.

Belə ki, aprelin 3-də müğənni Zamiq Hüseynov da oğlu Zeynə kiçik toy edir. Fatimə ortaq qonaqların olmağını nəzərə alaraq doğum gününü gerçək tarixindən öncəyə alıb. Rəqqasə aprelin 1-i paytaxt məkanlarından birində təmtəraqlı məclis keçirəcək.