Ötən gün türkiyəli məşhur ifaçı Edisin Bakı konsertinin biletləri satışa çıxıb.

OLAY-ın məlumatına görə, bununla da Azərbaycanda bir ilk yaşanıb. Belə ki, müğənninin konsertinə getmək istəyənlər ilk 6 saat ərzində iticket.az-dan 1000-dən çox bilet alıblar.

3500 nəfərlik tutumu olan Bakı Konqres Mərkəzinin ikinci mərtəbəsində yerləşən yerlərin 90%-i satılıb.

15 manatdan 40 manatadək olan biletlər isə tükənib. Zalın ilk üç sırasında dəyəri 190 manat olan yerlərin də 90% - satılıb. Ötən gün saaat 18:00 radələrində satışa çıxan biletlərin hazırda 30%-i satılıb.

Qeyd edək ki, konsert 7 mayda baş tutacaq. Müğənni musiqiçiləri ilə birgə canlı ifalar səsləndirəcək. O, Bakıya rəqqasları da daxil olmaqla 30 nəfərlik komandası ilə gələcək.

Edisdən Azərbaycan rekordu Edisdən Azərbaycan rekordu Edisdən Azərbaycan rekordu Edisdən Azərbaycan rekordu Edisdən Azərbaycan rekordu Edisdən Azərbaycan rekordu Edisdən Azərbaycan rekordu