Olay
Olay

Tünzalə imicindən şikayətləndi

Tünzalə imicindən şikayətləndi

Qısa müddət əvvəl saçlarını uzatdıraraq imicini dəyişən Xalq artisti Tünzalə Ağayeva şikayətlənib.  

OLAY yazır ki, sənətçi “Şourum” proqramına açıqlamasında yeni görünüşünün ona mane olduğunu vurğulayıb:

“Səhnədə çox tərləyirəm. Oxuyuram, su axır... Mahnının ortasında fen axtarıram. Amma tamaşaçı səni gözəl görmək istəyir. O gözəlliyi də daşımaq lazımdır. Sən tərlədin, ya da sənə xoş olmadı… Hərdən səhnədə elə korsetlər geyinirik ki, nəfəs də ala bilmirik. Elə dikdaban ayaqqabılar olur bəzən, üzərində dayanmaq çətin olur. Belə saçların olanda su tökülür, amma sən oxumağa davam edirsən”.