Olay
Olay

Azərbaycanlı stilisti qətlə yetirən şəxs saxlanıldı - Yenilənib

Azərbaycanlı stilisti qətlə yetirən şəxs saxlanıldı - Yenilənib

Azərbaycanlı stilist Orxan Seyidov dünyasını dəyişib. Bu barədə onun dostları sosial şəbəkədə paylaşım edib.

OLAY hadisənin təfərrüatlarını öyrənib. Bildirilib ki, Orxan Seyidov ötən gecə vəfat edib. Yaxınlarının verdiyi məlumata görə o, qətlə yetirilib. Dəb sənətçisinin bıçaqlandığı deyilir. Hadisənin hansı zəmində baş verməsi isə məlum deyil.

Qeyd edək ki, Orxanın 29 yaşı var idi.

***

Bakıda 29 yaşlı stilist Orxan Seyidovu qətlə yetirən şəxs saxlanılıb. 

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Pərviz Həsənov müəyyən olunaraq tutulub və istintaqa təhvil verilib. 

P. Həsənov mərhum Orxanın tanışı olub. 

DİN Mətbuat xidməti məlumatı təsdiqləyib.