Olay
Olay

“Yaşadıqlarım məni adaya gətirdi” – Ölkədən gedən Çingiz

“Yaşadıqlarım məni adaya gətirdi” – Ölkədən gedən Çingiz

“Bir neçə vaxtdır izləyicilərimiz tək qoymuşam. Bu da həyatımdakı dəyişikliklə bağlıdır. Ötən il də belə hesabat videosu paylaşmışdım. Bu gün 31 yaşım tamam olur. Bu bir il məni çox dəyişdi”.

OLAY yazır ki, bu sözləri doğum günü olan Avroviziya təmsilçimiz Çingiz Mustafayev sosial media hesabında deyib.

Ad günündə video paylaşan sənətçi bildirib ki, son bir ili sınaqlarla keçib:

“Yaxşılığa doğru sınaqlar, çətinliklər oldu. Bizi böyüdən yalnız sınaqlarımızdır. Bir ildə yaşadığım hadisələr məni bu sehrli adaya gətirib çıxardı. Artıq iki aydır Balidə yaşayıram. İnsan istəyir ki, dayanmadan içindəki gözəl emosiyaları bölüşsün. Bura çox maraqlıdır, gözəldir, hüzurludur. Təbiəti çox sevirəm. Burada insan tez böyüyə, özünə yaxın ola, yaradıcılıqda dərinə enə bilir, sevgiyə yaxınlaşa bilir. Burada özümü yaxşı hiss edirəm. Yaxın bir neçə müddətdə burada qalmağı planlaşdırıram, konsertlərim olacaq. İyunda Bakıya gələcəyəm. Burada insan daha çox anı yaşamağı, fərqində olmağı seçir. İnsan görmək istəyir, görməyə başlayanda hər şey daha da gözəlləşir və cənnətə çevirilir”.

Qeyd edək ki, Çingiz Mustafayev “Yeni ulduz” yarışmasının qalibi olub. O, daha sonra Ukraynada “Qolos” yarışmasında da iştirak edib. 2019-cu ildə Azərbaycanı Avroviziyada təmsil edən müğənni qayıtdıqdan sonra “Səs uşaqlar” yarışmasında münsif kürsüsündə əyləşib.