Olay
Olay

“Mahnıların baha satılmasının təməlini Röya qoydu”

“Mahnıların baha satılmasının təməlini Röya qoydu”

“Mahnıların baha qiymətə satılmasının təməlini Röya Ayxan qoyub. Röyaya kimi bəstələrə böyük pullar verilmirdi. Müğənnilər az qonorarlar ödəyərək mahnı alıb oxumağa öyrəşmişdilər”.

OLAY yazır ki, bu sözləri bəstəkar-müğənni Pərviz Mahmudov “Səhər Mərkəzi” proqramında qonaq olarkən deyib.  

Sənətçi qeyd edib ki, bəstəkarlara yüksək məbləğdə qonorar vermə ənənəsinin təməlini Xalq artisti Röya Ayxan qoyub:

“Müəlliflər Röyaya təşəkkür etsin. Ona görə də bəstəkarlar ən yaxşı mahnılarını Röyaya verməyə başladı. Diqqət yetirin, bizim nə qədər müğənnilərimiz havayı mahnı oxuduqlarına görə it-bat oldular. Əvvəllər çox populyar olan ifaçılarımız indi yoxdur”.