“Sən fərqli fikirdə ola bilərsən, hadisələri başqa cür dərk edə bilərsən, amma bunun təbliğatını dayanmadan aparmağın bir adı var - Satılmışlıq!”.
OLAY yazır ki, bu sözləri sosial media hesabında keçmiş aparıcı Günel Hümbətova yazıb.
O, Rusiya və Ukrayna müharibəsində Rusiyaya dəstək verənləri tənqid edib:
“Deyirəm, bugünkü hadisələr də bəzi “facebook” tanışlarımızı bizə fərqli rakursdan tanıtdı. Yaltaqlar, yalançılar, empatiya hissindən məhrumlar, “fake” məlumatlar paylaşanlar, “ bizə hücum etsə pisdi, başqasına hücum edib yaxşı edib” fikrində olanlar, müharibəyə haqq qazandıranlar və öz burnunun ucundan o tərəfi görməyənlər, atılan bombalardan canını itirən uşaqları, hamilələri görməyən korlar…. Görəsən, bunların qarşılığında nə qədər ödəniş alıblar?!”.