Olay
Olay

Nigarın qızı Castin konsertinə Britni obrazında gəldi

Nigarın qızı Castin konsertinə Britni obrazında gəldi

Avroviziya qalibimiz Nigar Camalın qızı Jasmin maraqlı tərzi ilə diqqət çəkib.

OLAY yazır ki, o, bir neçə gün öncə Bakı Olimpiya Stadionunda baş tutan Castin Timberleykin konsertinə fərqli obrazda qatılıb. Jasmin gecəyə Castinin qalmaqallı ayrıldığı keçmiş sevgilisi müğənni Britni Spirsin obrazında qatılıb.  O, Britninin “Baby one more time” klipindəki obrazı ilə konsertdə əylənib. 

Xatırladaq ki, bu obrazı daha əvvəl Peris Hilton da yaratmışdı. 

Qeyd edək ki, Britni Spirs və Castin Timberleyk 1999–2002-ci illər arasında pop musiqisinin ən məşhur cütlüklərindən biri olub. Onların münasibəti həm media, həm də fanatlar tərəfindən yaxından izlənib. Cütlük 2002-ci ildə ayrılıb. Ayrılıqdan sonra Timberleykin “Cry Me a River” mahnısı yayımlanıb və klipdə Britniyə bənzər bir qadının yer alması onun müğənniyə xəyanət etdiyinə işarə etdiyi kimi şərh olunub. Britni bu mahnı və kliplə bağlı illərlə danışmayıb, lakin sonralar bu ittihamların onu çox incitdiyini bildirib. 2023-cü ildə Britni Spirs öz avtobioqrafik kitabında Castinlə olan münasibətlərinə toxunaraq, gənc yaşda onunla birlikdəykən hamilə qaldığını və Timberleykin təzyiqi ilə ab*ort etdiyini açıqlayıb. Bu etiraf böyük rezonans doğurub. O, həmçinin Castinlə münasibətində emosional və psixoloji zo*rakılıq yaşadığını da iddia edib. Castin Timberleyk bu açıqlamalardan sonra bir müddət ictimaiyyət qarşısına çıxmayıb. Daha sonra üzr istəsə də, bəzi fanatlar onu qeyri-səmimilikdə günahlandırıb. Bu hadisələr həm onların şəxsi həyatına, həm də musiqi karyeralarına uzunmüddətli təsir göstərib.