Olay
Olay

“Tək uğurları trend olduğu üçün narahat olurlar” - Açıqlamalar

“Tək uğurları trend olduğu üçün narahat olurlar” - Açıqlamalar

“YouTube” platformasında “Trending” bölməsinin ləğv edilməsi bir neçə gündür sənətçilər arasında müzakirə olunur.

OLAY məsələ ilə bağlı bir neçə tanınmış simaya sual ünvanlayıb. Müğənni Mehin Hümbətova bu xəbərə sevindiyini deyib:

“Çox sevinirəm ki, Yutubdan trend bölümü çıxarıldı. Bu, musiqiçilər və ifaçılar arasında sağlam rəqabətin başlanğıcı deməkdir. Artıq biz keyfiyyətli musiqilərlə rəqabət aparacağıq, yalançı rəqəmlərlə trend mübarizəsi olmayacaq. “Mənim mahnım trenddə neçə milyon toplayıb” mövzuları getməyəcək. Ən azından efirdəki mövzular dəyişəcək. Efirə çıxanların siyahısı dəyişəcək. Bir qədər təsiri olacaq. Bu, o demək deyil ki, bayağı musiqilər artıq olmayacaq. Trenddən əvvəl də, sonra da hər zaman olacaq. İnsanların zövqləri müxtəlifdir. O mahnılara təlabət var. Həmin müğənnilərin nail olduqları ilk və yeganə uğur o trenddir. O da ləğv olunub deyə, təşvişə düşüblər. Təşvişə düşməyə ehtiyac yoxdur. Sizə tələbat olub, olacaq. Əsas toylarınız olacaq”.

Müğənni Nura Suri isə onun üçün heç nəyin dəyişməyəcəyini söyləyib:

“Ömür boyu trend üzü görməmişəm deyə, bilmirəm nədir. Mənim digital platformalarda ən çox aktiv olduğum Feysbukdur. Tiktok, Yutub, instaqram, bunlar mənim üçün ikinci plandadır, idarə etməyi bacarmıram. O qədər də diqqət ayırmıram. Mənim üçün ən vacib Feysbukdur, fikirlərimi bölüşürəm. Mənim üçün heç bir fərqi olmayacq”.

Müğənni NURAN isə onun üçün trendin fərqli məna kəsb etdiyini bildirib:

“Bir az sevindim, kim desə ki, yutub trendi bir artist üçün önəmli deyil. O insanın səmimiyyətinə inanmayacağam. Çünki stimuldur, insan gördüyü işin daha öndə olmasını arzulayır. Bildiyim qədərilə bunun üçün başqa metod olacaq. Sadəcə Yutubda 30-luq olmayacaq. Mən trendə işləmədiyim üçün, heç də narahat deyiləm. Onlara da arzulayıram ki, narahat olmasınlar. Mənim üçün trend odur ki, mahnı maşınlarda eşidilir, radiolarda səslənir, TikTok-da videolar çəkilir”.

Müğənni Ayaz Babayev də həmkarları kimi bu xəbərin yaxşı olduğunu düşünüb: 

“Çox yaxşı oldu. Bəlkə də Yutub bunu Azərbaycan üçün fikirləşib. Çox təəssüf ki, Azərbaycanda insanlar yutubla kifayətlənir. Yəni Yutubda trenddədirsə, “Spotify”ı açmırlar.  Mən baxıram ki, Spotify-da orta statistik dinləmə 40 mindir. Yutubda elə mahnım var ki, trendə girir, eləsi var girmir. Baxırsan ki, müğənni var, Yutubda 100 milyondur, “Spotify”da aylıq 5 min dinləyicisi yoxdur. Artıq işimi Yutuba kökləməmişəm, daha çox TikTok-a fokuslanıram. Amma  Spotify-da gəlir daha çox olduğu üçün, “Apple Music” və “Spotify” daha yüksək göstəricidir”.