“Hər gün gəlib məzarı başında saatlarla otururam, sonra evə qayıdıram. O, mənim üçün ölməyib, qəlbimdə yaşayır, yaşayacaq da. Ölənədək bu sevgi ürəyimdədir”.
OLAY yazır ki, bu sözləri “Günün sədası” proqramına açıqlamasında koronavirusdan dünyasını dəyişən Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü Hüseynova deyib. O, Rəmişin yanında dəfn olunmaq istədiyini söyləyib:
“Axşama qədər onunla dərdləşirəm, mən danışıram, o cavab vermir. Millət vəkili Aqil Abbas Rəmişi çox istəyir, onun haqqında kitab yazır. Yəqin ki, kitabda bizim sevgimizdən də bəhs edəcək. Evin divarları Rəmişsiz isinmir. O vaxt atamla anam ayrıldı. Məni internata atdılar, orada böyüdüm, çox əziyyət çəkdim. Böyüyəndə ikisindən də küsdüm. Rəmiş isə döyünən ürəyim, həyatımdır. Onsuz çox darıxıram, yaşaya bilmirəm. Evdə ağlayıram, məzarı başında göz yaşlarımı saxlayıram ki, deməsinlər yazıqdır. Mən yazıq deyiləm”.