Dünyaca məşhur müğənni Beyonsun başına iş gəlib.
OLAY yazır ki, ulduz “NRG Stadium”dakı konserti zamanı səhnəyə endiyi maşın tərsinə çevrilib.
Çətin anlar yaşayan Beyons ifasını dayandırıb.
O, şoudan çıxmaq üçün qışqırıb. Komandası maşını endirib və onu təhlükəsiz şəkildə çıxarıb.
Beyons daha sonra səhnəyə qayıdıb, tamaşaçılara baxaraq deyib:
“Hər dəfə yıxılanda bilirəm ki, siz məni tutursunuz”.
Bu sözləri ilə o, 2013-cü ildəki “Mrs. Carter” turunda səhnədən yıxıldığı anı xatırladıb.