Olay
Olay

Nigar Camaldan Vaqif Mustafazadəyə ehtiram

Nigar Camaldan Vaqif Mustafazadəyə ehtiram

Müğənni Nigar Camal Azərbaycanın caz və musiqi dühası Vaqif Mustafazadənin ölməz bəstəsi “Bizi yollar səsləyir”ə özünəməxsus yanaşma ilə yeni nəfəs verib.

OLAY yazır ki, layihə “Yolüstü” və “Food Mood”la əməkdaşlıq əsasında ortaya çıxıb. Yeni versiya həm klassik ruhu qoruyur, həm də Nigar Camalın səsi və təqdimatı ilə müasir musiqi duyumuna toxunur. 

“Vaqif Mustafazadənin melodiyası zamanlar arasında körpüdür və mən bu körpüdən sevgi ilə keçmək istədim,” – deyə Nigar Camal bildirib.

Nigar mahnı üçün kamera qarşısına da keçib. O, ekran işində iki obrazda olub. “Caspian Media Group”un istehsalı olan klipdə “Food Mood”da çalışan ofisiant bir xanım olan Nigarın xəyalları əks olunur.

Qeyd edək ki, mahnının sözləri Fikrət Qocaya, musiqisi Vaqif Mustafazadəyə məxsusdur.