“İşte Benim Stilim”in fenomen iştirakçılarından Özden Cerrahoğlu bu gecə vəfat edən dostu Nihal Candandan yazıb.
OLAY yazır ki, Özden həyatının ən ağır gününü yaşadığını qeyd edib:
“Başımız sağ olsun. Həyatımın ən ağır gününü yaşayıram. Bir az əvvəl xəstəxanadan qayıtdıq... Nihalı itirməmişdən əvvəl ona nəsə olduğunu hiss etdim. Aramızdakı bağ çox güclü və fərqli idi. Ona dua edin… Ruhu əzab çəkməsin”.
Qeyd edək ki, Özdenlə Nihal proqram müddətində yaxın dost olsalar da, sonradan aralarında inciklik yaranmışdı. Özden Nihal xəstəxanada olduğu müddətdə onun yanında olub.