Aktyor Vüsal Murtuzəliyevin səhhətində problem yaranıb.
Bu barədə manset.az məlumat yayıb. Sənətçinin vəziyyətinin ağır olduğu bildirilsə də, aktyorun bacısı, Əməkdar artist Dilarə Əliyeva bunu təkzib edib.
O, OLAY-a raçıqlamasında Vüsalın vəziyyətinin yaxşı olduğunu bildirib:
“Narahat olanlara deyirəm ki, narahatlığa əsas yoxdur. Yüksək təzyiqdən yüngül qansızma olmuşdu. İndi vəziyyəti yaxşıdır. Çox sağ olsun həkimlərimiz. Hər şey qaydasındadır. Sağalmağa doğru gedir”.