Olay
Olay

Rəfaellə Coşqun 32 ailə axtarır

Rəfaellə Coşqun 32 ailə axtarır

Əməkdar artistlər Rəfael İskəndərov və Coşqun Rəhimovun ATV-də aparacağı verilişin adı məlum olub. 

OLAY yazır ki, sənətçilər “Mət bəxt” adlı proqramla izləyicilərin qarşısına çıxacaqlar.

Mətbəx formatlı layihədə 32 ailə mübarizə aparacaq. Qayınana, gəlin və oğulun yarışacağı şouda10 ayın sonunda qalib olan ailə avtomobil qazanacaq.