Olay
Olay

“Müğənni statusunu alçaltmaq olmaz”

“Müğənni statusunu alçaltmaq olmaz”

Müğənni Natavan Həbibi tənqidi çıxış edib.

OLAY yazır ki, o, Kazım Sübhanın 106.3 FM-də qonaq olarkən bəzi müğənnilərdən danışıb. Natavan müğənni olmaq üçün illər lazımdır:

“Zaman, dünya inkişaf edir. İnsan resursları lazımsız kimi qala bilər, amma qalmayacaq. Heç bir sünii intellekt insanı əvəz edə bilməz. Gözündə sünilik görürsən. Müğənni olmaq üçün illər, məktəb, təcrübə, ürək, beyin lazımdır. İnsanların 99 faizində yaradıcılıq var. Amma onu müğənni və peşəkar olaraq düz nöqtəyə çatdırmaq lazımdır. Bu isə hər kəsdə yoxdur. Ona görə də “müğənniyəm” deyib, müğənni statusunu alçaltmaq olmaz. Özünüzə “oxuayan” və ya nə istəsəniz deyin. Amma “müğənni” sözünün altında min işlə məşğul olub, bizi həmin axınadaxil etməyin”.